"Vilyareal"ı "Mançester Yunayted"ə dəyişir

"Vilyareal"ın ispaniyalı futbolçusu Aleks Bayena karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.

Sportline.az jurnalist Eduardo Burqosun məlumatına istinadən xəbər verir ki, "Mançester Yunayted" Bayena üçün "Vilyareal"a 50 milyon avro ödəməyə hazırdır.

23 yaşlı futbolçunun İspaniya klubu ilə müqaviləsi 2028-ci ilin iyun ayına qədər nəzərdə tutulub.

Qeyd edək ki, Bayena "Vilyareal"dan ayrılmaq istədiyini klub rəsmilərinə bildirib.