"Vilyarreal" Çempionlar Liqasında
İspaniya La Liqasında 4-cü pillənin sahibi müəyyənləşib. SportLine.az xəbər verir ki, 36-cı turda "Valensiya"nın qonağı olan "Vilyarreal" qələbə qazanmaqla xalını 64-ə çatdırıb. Bu nəticə ilə ən yaxın izləyicisi "Atletik"i 6 xal qabaqlayan "sarı sualtı qayıq" Çempionlar Liqasında iştirakını dəqiqləşdirib.
Qeyd edək ki, "Vilyarreal" yarışa pley-off mərhələsindən qoşulacaq.