Vinçenso Montella: “Semih Kılıçsoy Türkiyə millisinin gələcəyidir”

Türkiyə millisinin baş məşqçisi Vinçenso Montella “Beşiktaş”ın gənc futbolçusu Semih Kılıçsoy haqqında müsbət fikirlər səsləndirib.

Sportline.az xəbər verir ki, jurnalistlərə müsahibə verərkən italıyalı mütəxəsis bu fikirləri qeyd edib;

“Semih Kılıçsoy Türkiyə millisinin gələcəyidir. Onu milli komandaya hər zaman dəvət edirəm. Çox oynamaq şansı əldə etməsə də, təcrübə qazanır. Bu onun üçün böyük inkişafdır. Gələcək də Türkiyə millisinin ən önəmli futbolçularından biri olacaq”, - deyə V.Montella bildirib.

Qeyd edək ki, Semih Kılıçsoy bu mövsüm bütün turnirlər daxil olmaqla çıxış etdiyi 13 matçda 2 asistlə yadda qalıb.