Vini getsə, Halaand gələcək
"Real Madrid"in brazilyalı futbolçusu Vinisius Junior mövsümün sonunda klubdan ayrıla bilər.
Sportline.az jurnalist Mario Korteqananın məlumatına istinadən xəbər verir ki, Vinisius "Real"dan ayrılsa, onun yerinə "Mançester Siti"dən Erlinq Haaland komandaya cəlb olunacaq.
Haaland transfer qiyməti 200 milyon avro olaraq qiymətləndirilir.
Onun "Mançester Siti" ilə müqaviləsi 2034-cü ilin iyun ayına qədər nəzərdə tutulub.
Qeyd edək ki, Haaland bu mövsüm çıxış etdiyi 40 matçda 30 qol 4 asist müəllifidir.
Vinisius Juniorun "Real Madrid"lə müqaviləsi isə, 2027-ci ilin yayına qədərdir.
Xatırladaq ki, Vinisius 2018-ci ildən Madrid klubunda çıxış edir.
O bu mövsüm bütün turnirlər daxil olmaqla çıxış etdiyi 47 matçda 20 qol 14 məhsuldar ötürmə ilə yadda qalıb.