Vinisius İspaniyanı Avropa çempionatından məhrum etmək istəyir
"Real"ın hücumçusu Vinisius Junior sərt açıqlama ilə gündəmə gəlib.
Sportline.az xəbər verir ki, braziliyalı futbolçu İspaniyanın Avropa çempionatına ev sahibliyindən məhrum edilməsini istəyir.
O, bununla bağlı FİFA-ya mesaj ünvanlayıb.
Vinisius CNN-ə açıqlamasında bu addımı İspaniyanın stadionlarında tez-tez rast gəlinən irqçiliklə əlaqələndirib.
Qeyd edək ki, İspaniya 2030-cu il dünya çempionatının ev sahiblərindən biridir.
İspaniya ilə yanaşı, Portuqaliya, Mərakeş, Argentina, Paraqvay və Uruqvay da müştərək mundialın ev sahibləri sırasındadır.