Vircil van Deykin arzusu
Niderland millisinin müdafiəçisi Vircil van Deyk milli karyerası ilə bağlı planlarını açıqlayıb.
Sportline.az xəbər verir ki, "Liverpul"un müdafiə xəttinin dayağı daha bir dünya çempionatında da oynamaq niyyətindədir.
"Bəli, daha bir dünya çempionatında iştirak etmək istəyirəm. Bilirəm ki, hələ də yaxşı formadayam. "Liverpul"un kapitanıyam. Özümü fiziki cəhətdən çox hazırlıqlı hiss edirəm", - deyə təcrübəli futbolçu bildirib.
Bu haqda tanınmış jurnalist Fabrisio Romano X sosial şəbəkəsində paylaşım edib.
Qeyd edək ki, 33 yaşlı müdafiəçi Niderland millisində keçirdiyi 75 oyunda 9 qola imza atıb.