Vlahoviç "Barselona"da çıxış etmək istəyir
"Yuventus"un forvardı Duşan Vlahoviç yayda klubdan ayrılmaq qərarına gəlib.
Sportline.az jurnalist Nikola Şıkiranın məlumatına istinadən xəbər verir ki, serbiyalı futbolçu "Barselona"ya keçmək niyyətindədir.
D.Vlahoviçin Turin təmsilçisi ilə sözləşməsi yayda başa çatacaq.
Qeyd edək ki, "Bavariya"da sözügedən oyunçu ilə yaxından maraqlanır.