Vlahoviç ən yaxşı oyunçu seçildi

"Yuventus"da fevralın ən yaxşı oyunçusu müəyyənləşib.

Sportline.az klubun saytına istinadən xəbər verir ki, Duşan Vlahoviç ötən ayın ən yaxşısı seçilib. O, azarkeşlər arasında keçirilən səsvermədə 1-ci olub.

Qeyd edək ki, serbiyalı hücumçu fevralda meydana çıxdığı 6 oyunda 4 qol vurub.

Banner