Vlahoviç seçim etməldiir

"Yuventus"un forvardı Duşan Vlahoviç yayda komandasını dəyişə bilər.

Sportline.az "Team Talk"a istinadən xəbər verir ki, serbiyalı futbolçunun əsas prioritetləri "Bavariya" və "Barselona"dır.

Vlahoviçin nümayəndələri artıq hər iki klubla əlaqə saxlayaraq futbolçunun transferə açıq olduğunu çatdırıblar.

Bildirilir ki, 25 yaşlı hücumçu ilk mərhələdə əsas heyətdə daimi yer almamağı belə problem hesab etmir və böyük klub layihəsinin bir hissəsi olmağa hazırdır.

Hazırda “Barselona”nın əsas diqqətinin Robert Levandovskinin gələcəyi ilə bağlı məsələyə yönəldiyi qeyd olunur. Kataloniya təmsilçisi polşalı hücumçunun vəziyyətinə aydınlıq gətirdikdən sonra yeni hücumçu transferi ilə bağlı yekun qərar verəcək.

Digər tərəfdən, “Bavariya”da yayda hücum xəttini gücləndirmək variantlarını nəzərdən keçirdiyi bildirilir. Bu səbəbdən Vlaxoviç Almaniya nəhənginin mümkün addımını da diqqətlə izləyir.