Vlahoviçin transfer qiyməti açıqlandı
"Yuventus" hücumçusu Vlahoviç üçün 70 milyon avro tələb edib.
Sportline.az Goal.com-a isitinadla xəbər verir ki, İtaliya nəhəngi Vlahoviçi komandadan göndərmək niyyətindədir.
Serbiyalı oyunçu üçün 2 klub mübarizəyə başlayıb.
Almaniya və İngiltərə nəhəngləri "Bavariya" ilə "Arsenal" forvardla ciddi maraqlanır.
Qeyd edək ki, Serbiya millisinin üzvünün "Yuventus"la müqaviləsi 2026-cı ildə bitəcək.