"Volfsburq"un oyunçusu İtaliyada çıxış edə bilər

"Volfsburq"un stopperi Kostantinos Koulierakis karyerasını İtaliya A Seriyasında davam etdirə bilər.

Sportline.az xəbər verir ki, "İnter" və "Yuventus" 22 yaşlı oyunçunu heyətinə qatmaq üçün hərəkətə keçib.

Yunanıstan millisinin üzvünün transfer qiyməti 35 milyon avrodur.

Qeyd edək ki, K.Koulierakis cari mövsüm meydana çıxdığı 20 matçda 1 qolla yadda qalıb.