Voltemade ölkəsinə qayıtmaq niyyətindədir
Nik Voltemade "Nyukasl"dan ayrılmaq qərarına gəlib.
Sportline.az xəbər verir ki, bu haqda "Bild" nəşri məlumat yayıb.
24 yaşlı forvard "Bavariya" klubuna transfer olmaq niyyətindədir.
Qeyd edək ki, N.Voltemade cari mövsüm meydana çıxdığı 42 matçda 11 qol, 4 asistlə yadda qalıb.