"Vulverhempton" "Selta Viqo"dan futbolçu transfer edib
"Vulverhempton" klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Sportline.az xəbər verir ki, "Selta Viqo"nun ispaniyalı futbolçusu Fer Lopez yeni mövsümdən etibarən "canavarlar"ın heyətində çıxış edəcək. Bu haqda klubun rəsmi saytı məlumat yayıb.
21 yaşlı sağ cinah vingeri üçün "Vulverhempton" qarşı tərəfə 25 milyon avro ödəyəcək.
Qeyd edək ki, Fer Lopez ötən mövsüm bütün turnirlər daxil olmaqla çıxış etdiyi 37 matçda 8 qol 3 məhsuldar ötürmə müəllifi olub.