Vüqar Şirinli: "İkiqat bayramdır"

"Məqsədim çempion olmaq idi".

Sportline.az xəbər verir ki, bunu Tokio-2020 Yay Paralimpiya Oyunlarında qızıl medal qazanan Azərbaycan paracüdoçusu Vüqar Şirinli deyib.

60 kq çəki dərəcəsində mübarizə aparan idmançı Tokioda Azərbaycan bayrağını ucaltdığı üçün sevindiyini bildirib: "Mənim üçün ikiqat bayramdır. Vətən müharibəsində qələbə qazandıq, daha sonra isə paralimpiya çempionu oldum".