Vüsal İsgəndərli oynadı, komandası qələbə qazandı
Türkiyə I Liqasında 21-ci turun oyunları keçirilir.
Sportline.az xəbər verir ki, azərbaycanlı futbolçu Vüsal İsgəndərlinin çıxış etdiyi "Keçiörengücü" səfərdə "Adanaspor"un qonağı olub. Matç Ankara təmsilçisinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.
Vüsal İsgəndərli qarşılaşmaya start heyətdə başlayıb və 78-ci dəqiqədə əvəzlənib.
Xallarını 26-ya yüksəldən "Keçiörengücü" turnir cədvəlinin 11-ci pilləsində qərarlaşıb.