Vut Veqhorst karyerasını Niderlandda davam etdirəcək

Niderland klub "Ayaks" "Börnli"də forma geyinən Vut Verqhorstu heyətinə qatmağa hazırlaşır.

Sportline.az Ntvspor.net-ə istinadla xəbər verir ki, klublar 32 yaşlı hücumçunun transferi ilə bağlı razılığa gəliblər.

Verqhorstun yaxın günlərdə tibbi müayinədən keçəcəyi və yeni klubu ilə müqavilə imzalayacağı bildirilib.

Ötən mövsümü "Hoffenhaym"da keçirən təcrübəli hücumçu meydana çıxdığı 30 oyunda 7 qol vurub, 4 asist edib.

Qeyd edək ki, Verqhorst daha əvvəl karyerasında "Beşiktaş", "AZ Alkmar", "Mançester Yunayted" və "Volfsburq" kimi komandaların formasını geyinib.