WADA Pekin laboratoriyasının fəaliyyətini dayandırdı
Ümumdünya Antidopinq Agentliyi (WADA) Çinin paytaxtı Pekində yerləşən antidopinq laboratoriyasının fəaliyyətinə qadağa qoyub. SportLine.az "Report"a istinadən xəbər verir ki, həmin laboratoriya 4 ay müddətində idmançılardan heç bir analiz götürə bilməz.
Bu müddətdə laboratoriyaya uyğunsuzluqları aradan qaldırmaq və iş keyfiyyətini artırmaq tapşırılıb. 4 aya problemlər aradan qalxarsa, yenidən qeydiyyata alması üçün WADA-ya müraciət etmək mümkün olacaq. Hazırda oradakı bütün nümunələr WADA-nın akkreditasiyası olan digər laboratoriyalara köçürülür.
Pekin laboratoriyası dopinq-testlərin iki nəticəsinin saxtalaşdırılması səbəbindən diskvalifikasiyaya məruz qalıb. 2015-ci ilin oktyabrında laboratoriya iki dopinq-testin mənfi nəticəsini saxtalaşdırıb.