Xabi Alonso 21 yaşlı yarımmüdafiəçini transfer etməyi xahiş edib

“Real Madrid”in baş məşqçisi Xabi Alonso rəhbərliktən “Kristal Pelas”ın yarımmüdafiəçisi Adam Vartonu transfer edilməsini xahiş edib.

Sportline.az xəbər verir ki, London klubu bu keçid üçün qarşı tərəfdən 60 milyon avro tələb edir.

Bu haqda jurnalist Latigo Serrano məlumat yayıb.

Qeyd edək ki, A.Varton cari mövsüm meydana çıxdığı 18 matçda 2 asistlə yadda qalıb.