Xabi Alonso evinə qayıdır
“Real Madrid” italiyalı baş məşqçisi Karlo Ançelotti ilə yollarını ayırmağa hazırlaşır.
Sportline.az “Relevo” nəşrinə istinadən xəbər verir ki, “Real Madrid”in rəhbərliyi klubun sükanı arxasına Xabi Alonsoyu gətirməyi planlaşdırır.
Alonsonun “Bayer”lə müqaviləsi 2026-cı ilin yayına qədərdir.
Qeyd edək ki, Xabi Alonso futbolçu kimi 2009-2014-cü illər ərzində “Real Madrid”də çıxış edib