Xamesin yeni klubu bilindi
Kolumbiyalı ulduz futbolçu Xames Rodriqes yeni klubuna imza atmağa hazırlaşır.
Sportline.az xəbər verir ki, son olaraq Meksikada “Klub Leon” formasını geyinən təcrübəli yarımmüdafiəçi karyerasını ABŞ-ın MLS liqasında davam etdirməyə yaxındır.
ESPN-in yaydığı məlumata görə, “Minnesota Yunayted” Xames Rodriqesi heyətinə qatmağa çox yaxındır.
Bildirilir ki, tərəflər arasında imzalanacaq müqavilə 2026-cı il Dünya Çempionatına qədər qüvvədə olacaq.