"Xan Lənkəran" Antalyada
Region Liqasında çıxış edən "Xan Lənkəran" təlim-məşq toplanışını ölkə xaricində davam etdirir.
Sportline.az xəbər verir ki, cənub təmsilçisi ötən gün Türkiyənin Antalya şəhərinə yola düşüb.
Hazırlığın əsas mərhələsi üçün qardaş ölkəni seçən cənub təmsilçisi Laradakı "Grand Park" otelində məskunblaşıb.
Bu gündən məşqlərə başlayan İbrahim Uzuncanın komandası Antalyada azı iki yoxlama oyunu keçirməyi planlaşdırıb ki, hələ rəqiblərin adı açıqlanmayıb.
Qeyd edək ki, "Xan Lənkəran" hazırlığı fevralın 4-də başa vuracaq.