"Xan Lənkəran"nın Antalyada üçüncü sınağı

Antalyada təlim-məşq toplanışını davam etdirən "Xan Lənkəran" bu gün üçüncü yoxlama oyununu keçirəcək. 

Sportline.az xəbər verir ki, Region Liqası təmsilçisi Türkiyənin  "Diyarbəkirspor" komandası ilə qarşılaşacaq. 

İkinci liqa təmsilçisi ilə görüş Bakı vaxtıyla saat 15:30-da başlayacaq. 

Qeyd edək ki, İbrahim Uzuncanın komandası buna qədər Antalyada iki yoxlama matçı keçirib. Almaniya "Bişhofverde"sini 1:0 (Elvin Mirzəzadə fərqlənib) hesabı ilə məğlub edən lənkəranlılar bu ölkənin digər təmsilçisi "Türkspor Dortmund"a 1:2 (Kazım Kazımlı fərqlənib) uduzub.