Xavi Ernandez “Barselona” azarkeşlərini sevindirdi
Xavi Ernandez "Barselona" ilə bağlı yekun qərarını verdi.
Sportline.az xəbər verir ki, təcrübəli mütəxəsis "kataloniyalılar"la 1 illik müqavilə imzalayıb.
"Barselona" klubu rəsmi səhifəsində Xavi Hernandezlə daha 1 il çalışacaqlarını açıqlayıb.
Qeyd edək ki, Xavi Hernandez mövsümün 2-ci yarısında "Barselona"dan ayrılacağını bildirmişdi.