Xavidən Busketsə təzyiq

"Barselona"nın baş məşqçisi Xavi futbolçusu Serxio Busketsi klubda qalmağa razı salmağa çalışacaq.

Sportline.az xəbər verir ki, bu barədə AS məlumat yayıb. Xavi gələcək planlarının nə olduğunu öyrənmək üçün yaxın günlərdə yarımmüdafiəçi ilə görüşəcək. Klubda oyunçulardan tutmuş rəhbərlərə qədər hər kəs hiss edir ki, Serxio yayda "Barselona" ilə başa çatacaq müqaviləni yeniləməyəcək. Xavi Busketsin qərarına təsir göstərməyə çalışacaq.

Baş məşqçi yarımmüdafiəçidən daha bir mövsümü "Barselona"da keçirməyi xahiş edəcək. Buskets imtina edərsə, o zaman Xavi ondan ən azı gələn yanvara qədər klubda qalmasını və yalnız bundan sonra MLS mövsümü qışda başladığı üçün "İnter Mayami"yə getməsini xahiş edəcək. Məşqçi başa düşür ki, Serxionu razı salmaq çox çətin olacaq.

Qeyd edək ki, Buskets 2008-ci ildən "Barselona"da oynayır. Onun yayda klubdan ayrılacağı barədə məlumatlar yayılıb.

Banner