Xayme Romero İspaniyada məşq edir

“Qarabağ”ın futbolçusu Xayme Romero hələ də klubun düşərgəsinə dönə bilməyib.

Sportline.az xəbər verir ki, ispan oyunçu ölkəsində fitnes zalında fərdi məşqlər edir. Bu barədə o, "İnstaqram" hesabında paylaşıb.  Romero tam hazır olduqdan sonra Ağdam klubunun düşərgəsinə qayıdacaq.

Qeyd edək ki, 31 yaşlı futbolçu Konfrans Liqasınıda “Bazel”lə görüşün ilk hissəsində zədələnmişdi.