Xesus Navas AVRO tarixinin yarımfinalda çıxış edən ən yaşlı oyunçusu oldu
2010-cu ilin dünya çempionu Xesus Navas AVRO 2024-ün yarımfinalında Fransa ilə oyun üçün İspaniya millisinin start heyətində yer alacaq.
Sportline.az Opta Sports-a istinadla xəbər verir ki, 38 yaşlı müdafiəçi turnir tarixində Avropa çempionatının yarımfinalının ən yaşlı iştirakçısı olacaq.
Əvvəlki rekordçu almaniyalı qapıçı Yens Leman idi ki, Navas onu üç gün qabaqlayıb.
Qeyd edək ki, İspaniya-Fransa oyunu saat 23:00-da start götürəcək.