"Xəzər Lənkəran"ın taleyinə aydınlıq gətirilir

Mübariz Mənsimov "Xəzər Lənkəran"a məxsus avadanlıqıları satışa çıxarıb.

Sportline.az Sportinfo.az saytına istinadən xəbər verir ki, klubun balansında olan stadion və oteldəki qurğulara müştəri aranır.

Bu alqı-satqı əməliyyatına onun qardaşı, fəaliyyətini dayandırmış "Xəzər Lənkəran"ın prezidenti Mais Mənsimov nəzarət edir.

Mübariz Mənsimovun göstərişindən belə aydın olur ki, o, "Xəzər Lənkəran"ı yenidən həyata qaytarmaq niyyətində deyil.