"Ximki" ispaniyalı oyunçu ilə anlaşmağa yaxındır
Rusiya klublarından "Ximki' heyətini yarımmüdafiəçi ilə gücləndicək.
Sportline.az xəbər verir ki, Moskva təmsilçisi "Tenerife"də çıxış edən ispan futbolçu Aleks Korrederanın transferini yekunlaşdırmaq üzrədir.
Futbolçunun sabah Rusiyaya gələrək tibbi müayinədən keçəcəyi və yeni klubu ilə 2 illik müqavilə imzalayacağı bildirilib.
"Ximki" bu transfer qarşılığında İspaniya klubuna 500 min avro ödəyəcək.
Qeyd edək ki, "Barselona'nın yetirməsi sayılan 28 yaşlı oyunçu 2021-ci ildən "Tenerife"də çıxış edirdi.