"Ximki" "Real"ın sabiq oyunuçusu ilə anlaşıb

"Ximki" klubu heyətini sol cinah müdafiəçisi ilə gücləndirib.

Sportline.az Moskva klubunun rəsmi saytına istinadla xəbər verir ki, 27 yaşlı futbolçu Dani Fernandezlə rəsmi müqavilə imzalanıb.

Dani daha əvvəl "Real" Madridin U19 komandasında çıxış edib. O, son 2 mövsümüm İspaniyanın "Rasinq" klubunda keçirib. Bu yay isə azad agent statusu qazanıb.

Qeyd edək ki, ötən mövsüm Sequndada 22 oyuna çıxan Fernandez bu görüşlərdə 1 qol vurub, 2 asist edib.