"Ximki" rusiyalı oyunçu ilə yollarını ayırıb
Rusiya klublarında "Ximki" yarımmüdafiəçi Artur Yusupovla yol ayrılığına gəlib.
Sportline.az Sport24.ru-ya istinadla xəbər verir ki, 35 yaşlı futbolçunun müqaviləsinə qarşılıqlı razılıq əsasında xitam verilib.
Yayda komandaya qoşulan təcrübəli oyunçu Moskva klubu ilə cəmi 1 matç keçirib.
Qeyd edək ki, Yusupov daha əvvəl karyerasında "Soçi", "Zenit" və "Rostov" kimi komandaların formasını geyinib.