"Ximki" "Spartak"ın sabiq kapitanı ilə anlaşıb
"Ximki" müdafiəçi Giorgi Cikiyanı heyətinə qatdığını açıqlayıb.
Sportline.az Sport24.ru-ya istinadla xəbər verir ki, 30 yaşlı futbolçu Moskva klubu ilə 2025-ci ilə qədər rəsmi müqavilə imzalayıb.
Son olaraq "Spartak"da çıxış edən təcrübəli futbolçu "qırmızı-ağlar"la 1 dəfə Premyer Liqanın, 1 dəfə ölkə kubokunun və 1 dəfə ölkə Superkubokun qalibi olub.Paytaxt klubunda 8 mövsüm keçirən Cikiya meydana çıxdığı 215 oyunda 5 qol vurub, 11 məhsuldar ötürmə edib.
Qeyd edək ki, 2017-ci ildən Rusiya millisinə dəvət alan Cikiya 44 oyunda 2 qola imza atıb.