"Xocalı Kuboku 6" kikboksinq turnirinin mətbuat konfransı

"Xocalıya ədalət" şüarı altında keçiriləcək "Xocalı Kuboku 6" kikboksinq turnirinin mətbuat konfransı olub.

Sportline.az xəbər verir ki, "Sərhədçi" İdman Mərkəzində keçiriləcək yarışın mətbuat konfransında turnirdə uşaq, yeniyetmə, kişilər və qadınlar arasında bütün çəkilərdə ən güclülərin müəyyənləşəcəyi bildirilib. Eyni zamanda yarışın qaydaları haqqında geniş məlumatlar verilib.

Mətbuat konfransında "Xocalı" İdman Klubunun prezidenti Ehram Məcidov idmançılara uğurlar arzulayıb və yarışın əhəmiyyətindən danışıb.

Qeyd edək ki, turnir fevralın 17-dən 18-ədək davam edəcək.