Xorvatiyalı futbolçu Rusiya klubuna keçib
"Krılya Sovetov" azad agent statusunda olan xorvatiyalı futbolçu Dominik Orozu rənglərinə qatıb.
Sportline.az Championat.com-a istinadla xəbər verir ki, 23 yaşlı müdafiəçi Moskvada tibbi müayinədən keçdikdən sonra Samara klubu ilə rəsmi müqavilə imzalayacaq.
Oyunçu son olaraq Niderlandın "Vitess" klubunda çıxış edib. Oroz 2023-cü ildə "Şturm" Qratsın heyətində Avstriya kubokunu qazanıb.Transfermarkt portalında onun transfer dəyəri 400 min avrodur.
Qeyd edək ki, mövsümə uğursuz start verən "Krılya Sovetov" RPL-da 5 turdan sonra 3 xalla 14-cü pillədə qərarlaşıb.