Xuan Matanın yeni klubu
İspaniyalı futbolçu Xuan Matanın yeni klubu müəyyənləşib.
Sportline.az xəbər verir ki, 36 yaşlı futbolçu Avstraliyanın "Western Sydney Wanderers" klubu ilə anlaşıb.
Bir müddət "Qalatasaray"ın formasını geyinən yarımmüdafiəçi yeni klubu ilə 1 illik müqavilə imzalayıb.
Qeyd edək ki, Mata ötən mövsümü Yaponiyanın "Vissel Kobe" klubunda keçirib.