XV turun oyun cədvəli açıqlandı

Yüksək Liqada XV turun oyun cədvəli açıqlanıb.

Sportline.az xəbər verir ki, qış fasiləsi fevralın 20-də başa çatacaq. Turun bütün oyunları “Olimpik Star”da keçiriləcək. İlk görüş saat 12:00-da start götürəcək. Liderlə ən yaxın izləyicisi isə saat 16:00-da üz-üzə gələcək.


20 fevral

12:00 Premier (Quba) – Xızı Futzal

14:00 Neftçi İK – Baku TFK

16:00 Marafon FK – Araz

18:00 EKOL – Baku Fire

20:00 Record club – Yasamal İSK.