“Yaponiyada himnimizin səslənməsi qürurdur” - Adil Əliyev
Milli Məclisin sədr müavini, Gənclər və idman komitəsinin sədri Adil Əliyev Yaponiyanın paytaxtı Tokioda 30 iyulda keçirilmiş “Super Rizin 2” turnirində iştirak edən idmançılarımıza dəstək olmaq məqsədilə bu ölkəyə səfər edib.
Sportline.az xəbər verir ki, vitse-spiker Adil Əliyev bildirib ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin yürütdüyü effektli və uğurlu idman və gənclər siyasəti özünün növbəti bəhrələrini Yaponiyanın paytaxtı Tokioda 30 iyulda keçirilmiş “Super Rizin 2” turnirində verib.
Həmin turnir çərçivəsində Tokioda keçirilən final döyüşündə həmyerlimiz, MMA ustası Tofiq Musayev rəqibi üzərində inamlı qələbə qazanıb. Tofiq peşəkar idmançı olmaqla bərabər, Vətən müharibəsində könüllü olaraq hərbi əməliyyatlara qatılmış və bizə tarixi Qələbəmizi bəxş edən rəşadətli Azərbaycan Ordusunun tərkibində döyüşüb.
Eləcə də, sədr müavini Tokioda növbəti qələbənin MMA döyüşçüsü Vüqar Kərəmovun qazandığını bildirərək Vüqarın yaponiyalı rəqibinə boğucu fəndlə 1-ci raundda qalib gəlməsini bildirib. Həm Vüqar, həm də Tofiq yüksək nəticə göstərməsini bildirərək, idmançılarımızın rəqibləri üzərində qazandıqları inamlı qələbədən bəhs ediblər. Uzaq Yaponiyada himnimizin səslənməsi və bayrağımızın yüksəldilməsinin hər bir azərbaycanlı üçün böyük qürur olmasını bildirən vitse-spiker bu qüruru bizə yaşadan idmançılarımıza minnətdar olduğumuzu, ölkəmizi ən layiqli şəkildə təmsil etməyin hər birimizin borcu olmasını qeyd edib. İdmançılarımız böyük zəhmət çəkərək yarışlara əzmlə hazırlaşmasını, fiziki və texniki hazırlıqlarını yüksək səviyyədə saxlamalarını, bu işdə idmançılarla bərabər məşqçilərində üzərinə böyük iş düşdüyünü bildirib.
Daha sonra vitse-spiker qazanılmış qələbələrin ölkə başçısının idman sahəsinə, idmançılara və məşqçilərə hər zaman göstərdiyi qayğının nəticəsi olmasını, paytaxt Bakı ilə bərabər hər bir bölgədə olimpiya mərkəzləri, idman qurğularının inşa edilməsini, bütün müasir avadanlıqlarla təchiz olunmasını və gənclərimizin ixtiyarına verilməsini bildirib. Eləcə də beynəlxalq yarışlarda uğurlu nəticələr göstərən idmançılarımızın və onların məşqçilərinin nailiyyətləri dövlət başçısı tərəfindən yüksək qiymətləndirilərək mükafatlandırılmasını, idmançılarımızın sosial-məişət məsələlərinin həll olunmasına diqqət çəkib. Dövlətimiz tərəfindən idmançılara göstərilən hərtərəfli diqqət və qayğı onlara mənəvi ruh və güc verməsini, Azərbaycan dünyada idmançıların göstərdiyi yüksək nailiyyətlərlə bərabər, olimpiadaların, nüfuzlu idman yarışlarının təşkilatçısı olaraq tanınmasını və idmanın Azərbaycanın brendinə çevrilməsini bildirib.
Nüfuzlu beynəlxalq yarışların keçirilməsi və idmançılarımızın belə yarışlarda iştirakı ölkəmizin tanıdılması baxımından, həqiqətlərimizin dünyaya çatdırılması baxımından olduqca mühüm olmasını qeyd edən Milli Məclisin sədr müavini, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərlik etdiyi rəşadətli Azərbaycan Ordusunun 44 gündə qazandığı tarixi Qələbə bütün qələbələrimizin təminatçısı olmasını bildirib.