Yayın diqqət çəkən bahalı transferləri

2020-ci ilin yayında edilən ən bahalı transferlərin siyahısı açıqlanıb.

Sportline.az xəbər verir ki,  “Goal.com”un hazırladığı cədvəldə 10 oyunçu yer alıb.

İlk pillədə “Bayer"dən “Çelsi”yə keçən Kai Havertz qərarlaşıb (80 milyon avro). 72 milyon avro qarşılığında “Barselona”dan “Yuventus”a transfer olunan Artur Melo ikincidir. 3-cü yeri isə “Napoli”nin 70 milyon avro ödəyərək, “Lill”dən aldığı Viktor Osimhen tutur. 

2020-ci ilin yayında edilən ən bahalı 10 transfer:

1. Kai Havertz (“Bayer”dən “Çelsi”yə) – 80 milyon avro
2. Artur Melo (“Barselona”dan “Yuventus”a) – 72 milyon avro
3. Viktor Osimhen (“Lill”dən “Napoli”yə) – 70 milyon avro
4. Ruben Dias (“Benfika”dan “Mançester Siti”yə) – 68 milyon avro
5. Miralem Pyaniç (“Yuventus”dan “Barselona”ya) – 60 milyon avro
6. Timo Verner (“Leyptsiq”dən “Çelsi”yə) – 53 milyon avro
7. Ben Çiluell (“Lester Siti”dən “Çelsi”yə) – 50 milyon avro
8. Mauro İkardi (“İnter”dən PSJ-yə) – 50 milyon avro
9. Natan Ake (“Bornmut”dan “Mançester Siti”yə) – 45 milyon avro
10. Leroy Sane (“Mançester Siti”dən “Bavariya”ya) – 45 milyon avro