Yemelyanenko aeroportda qalmaqal salıb

Həftəsonu Moskvadan Qroznıya yollanmaq istəyən Aleksandr Yemelyanenko xoşagəlməz vəziyyətlə üzləşib. Sportline.az Rusiya mətbuatına istinadən xəbər verir ki, qaydasız döyüş üzrə dünya çempionu təyyarəyə gecikdiyinə görə, Vnukovo aeroportunda qeydiyyat aparan qızla mübahisə edib. Ardınca bir neçə pivə içən Yemelyanenko, iki çantasını həmin yerdə qoyaraq, hava limanını tərk edib. Onun geri qayıtmadığını görən təhlükəsizlik xidməti işçiləri, kinoloqların xidmətinə ehtiyac duyublar. Çantalardan isə, boks əlcəkləri, idman dəstləri və iki banka pivə aşkarlanıb. Sabahısı gün aeroporta qayıdan Yemelyanenko əşyalarına sahib çıxıb.