Yeni stadiona onun adı veriləcək
Seneqalda futbol stadionuna ölkənin milli komandasının üzvü və "Liverpul"un futbolçusu Sadio Manenin adı veriləcək.
Sportline.az Britaniya mətbuatına istinadən xəbər verir ki, buunu Seneqalın Sediu şəhərinin meri Abdulay Diop açıqlayıb. O bildirib ki, Manenin doğma şəhərində inşa olunan yeni arena futbolçunun adını daşıyacaq. Bu stadionun açılışı 2023-cü ildə olacaq.
Qeyd edək ki, Seneqal millisi ötən həftə tarixində ilk dəfə Afrika çempionu olub.