Yeni transfer Ronaldonun nömrəsini seçdi

“Yuventus”un yeni transferi Duşan Vlahoviçin forma nömrəsi məlum olub.

Sportline.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Serbiyalı hücumçu Turin təmsilçisində 7 nömrəli formanı geyinəcək.

“Yuventus”un Vlahoviçdən əvvəl “7 nömrə”si komandanın keçmiş hücumçusu Kriştiano Ronaldo idi.

Qeyd edək ki, “Yuventus” 21 yaşlı futbolçunu 75 milyon avro qarşılığında “Fiorentina”dan transfer edib.