"Yenidən Çempionlar Liqasına vəsiqə qazanmaq istəyirik" - Ansi Aqolli
"Bu mövsüm də çempion olmaq üçün mübarizə aparırıq və bu, əsas məqsədimizdir". SportLine.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın və Albaniya millisinin müdafiəçisi Ansi Aqolli "TV Klan"a açıqlamasında deyib.
"Qarabağ" və milli komandadakı çıxışını dəyərləndirən futbolçu planlardan da danışıb:
"Qarabağ"la mövsümü qalib bitirmək əsas istəyimdir. Ancaq bununla kifayətlənməyəcəyik. Avrokuboklarda uğurlu çıxış edib yenidən Çempionlar Liqasına yüksəlmək istəyirik. Milli komandaya gəlincə, DÇ-2018-in təsnifat mərhələsində İspaniya və İtaliya kimi çox güclü rəqiblərimiz var idi. AÇ-2020-nin final mərhələsinə vəsiqə qazanmaq üçün sonadək vuruşacağıq. Bəxtimiz gətirsə və bir z da əzmkar olsaq, Avropa Çempionatına yüksələcəyimizə əminəm".
Qeyd edək ki, A.Aqolli 2010-cu ildən "köhlən atlar"ın şərəfini qoruyur.