Yulian Brant “Milan”ın radarındadır

“Borussiya”nın oyunçusu Yulian Brandtın karyerasını İtaliyada davam etdirməsi ehtimalı yüksəkdir.

Sportline.az xəbər verir ki, 29 yaşlı yarımmüdafiəçi üçün “Milan” klubu rəsmi maraq göstərib.

Bu haqda "Bild" nəşri məlumat yayıb.

“Rossonyerlər” mövsümün sonunda “Borussiya” ilə müqaviləsi başa çatacaq alman futbolçunu heyətinə qatmaqda qərarlıdır.