Yunan-roma güləşçilərimiz 1 bürünclə başladı

Riqada güləş üzrə böyüklər arasında Avropa çempionatı davam edir. SportLine.az xəbər verir ki, yarışın növbəti günündə yunan-roma növündə yarışan idmançılar mübarizəyə qoşulublar. 

4 idmançımızın xalça üzərinə çıxdığı gündə seçməmizin qazancı bir bürünc medal olub. Kamran Məmmədov litvalı Edqaras Venkaitisi məğlub edərək fəxri kürsünün 3-cü pilləsinə qalxıb.

Xatırladaq ki, komandamızın aktivində 2 qızıl, 2 gümüş və 3 bürünc medal var.