Yunanıstan çempionatında daha bir azərbaycanlı oynayacaq

Amit Quluzadə yenidən Yunanıstan çempionatına üz tutub.

Sportline.az xəbər verir ki, o, I Divizionda yarışan "Aiginiakos”la anlaşıb.

Xatırladaq ki, 25 yaşlı yarımmüdafiəçi 2017-cü ildə Yunanıstanın AEL klubunun şərəfini qoruyub. Cari mövsümün ilk yarısını isə  "Səbail”də keçirib.