Yunus Akgün karyerasını İspaniyada davam etdirə bilər

“Qalatasaray”ın 24 yaşlı futbolçusu Y.Akgün klubdan ayrıla bilər.

Sportline.az “Sabah” qəzetinə istinadən xəbər verir ki, türkiyəli futbolçu “Real Sosiyedad”ın diqqət mərkəzindədir. İspaniya klubunun bu transfer üçün 7 milyon avro təklif edəcəyi bildirilir.

“Qalatasaray” Y.Akgünün transfer dəyərinin 20 milyon olduğunu açıqlayıb.

Qeyd edək ki, Yunus Akgün bu mövsüm bütün turnirlər daxil olmaqla çıxış etdiyi 13 matçda 5 qol və 1 assitlə yadda qalıb.