Yürgen Klopp peşman olub

"Liverpul" klubunun sabiq çalışdırıcısı Yurgen Klopp maraqlı açıqlama verib.

Sportline.az "Sky Sports"a istinadən xəbər verir ki, o, "Real Madrid"in təklifini rədd etməsi barədə danışıb.

Məlumata görə, Klopp İspaniya nəhəngi "Kral klubu"ndan gələn baş məşqçi vəzifəsini qəbul etmədiyinə görə təəssüfləndiyini bildirib.

Lakin bu peşmanlıq artıq heç nəyi dəyişməyəcək. "Real" komandası artıq Xabi Alonso ilə razılıq əldə edib.