Yurqen Klopp baş məşqçi karyerasını başa vurduğunu açıqlayıb

"Liverpul"un sabiq çalışdırıcısı Yurqen Klopp məşqçilik karyerasını bitirdiyini açıqlayıb.Bununla belə, 57 yaşlı mütəxəssis fikrini dəyişə biləcəyini bildirib.

Sportline.az xəbər verir ki, Klopp ESPN-ə verdiyi müsahibədə bu fikirləri səsləndirib.

"Bu gün bir məşqçi kimi futbolla vidalaşıram.2 aydan sonra nə olacağını görəcəyik".

Xatırladaq ki, Klopp 2023/2024 mövsümünün ardından "Liverpul"dan ayrılmışdı.O, bu qərarını yorğunluqla əlaqələndirmişdi.