"Yuventus" 18 yaşlı futbolçunu heyətinə qatıb
"Yuventus" monteneqrolu oyunçu Vasiliy Adziçi heyətinə qatıb.
Sportline.az Sport24.ru-ya istinadla xəbər verir ki, Turin klubu gənc yarımmüdafiəçi ilə 3 illik razılıq əldə edib.
Adziç ötən mövsüm "Buduçnost" klubunun heyətində 42 oyunda 8 qol vurub, 4 məhsuldar ötürmə edib.
"Yuventus" bu keçid üçün Monteneqro klubuna 2 milyon avro ödəyib.
Qeyd edək ki, Vasiliy Adziç Monteneqronun gənc yaşlardan ibarət milli komandalarında 23 oyuna çıxıb və 6 qolla yadda qalıb.