"Yuventus" qarşıdakı saatlarda Alleqrini istefaya göndərə bilər
Hazırda "Yuventus" rəhbərliyi Alleqrinin gələcəyi ilə bağlı iclas keçirir.
Sportline.az Football İtalia-ya istinadla xəbər verir ki, klub rəhbərliyi dünən keçirilən İtaliya kubokunun finalında Alleqrinin sərgilədiyi emosional davranışlarından narazıdır.
Mənbənin xəbərinə görə bu gün də olmasa, mövsümün sonu 56 yaşlı mütəxəssislə mütləq yollar ayrılacaq.
Yuventus İtaliya A seriyasında 36 turdan sonra 67 xalla dördüncü pillədədir.
Qeyd edək ki, Alleqri 2021-ci ilin may ayından "Qoca sinyora"ya rəhbərlik edir.