"Yuventus" derbidə qalib gəlib yarımfinala adladı

İtaliya Kubokunda daha bir yarımfinalçı müəyyənləşib. SportLine.az xəbər verir ki, Turin derbisində "Torino" ilə üz-üzə gələn "Yuventus" qələbə qazanmaqla adını növbəti mərhələyə yazdırıb:

03 yanvar 2018
İtaliya Kuboku, 1/4 final

"Yuventus" - "Torino" - 2:0
QOLLAR:
Duqlas Kosta, 15 (1:0); Mandzukiç, 67 (2:0)

Qeyd edək ki, yarımfinal mərhələsində "Yuventus" "Atalanta" ilə, "Milan" isə "Latsio" ilə münasibətləri aydınlaşdıracaq.